ABŞ Prezidenti Co Bayden Papa Fransisklə görüşəcək
Roma, 15 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden G20 Liderlərinin İtaliyadakı Sammitindən əvvəl Roma Katolik Kilsəsinin başçısı Papa Fransisklə görüşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. Bildirilir ki, ABŞ Prezidenti C.Bayden oktyabrın 30-31-də İtaliyada keçiriləcək G20 Liderlərinin Sammitində iştirak edəcək. Açıqlamada C.Bayden və xanımı Jill Baydenin oktyabrın 29-da Vatikanda Katolik Kilsəsinin başçısı Papa Fransisklə görüşəcəyi, COVID-19 ilə mübarizə, iqlim dəyişikliyi və insan ləyaqətinə hörmət kimi mövzuların müzakirə olunacağı qeyd olunub.
Qeyd edək ki, C.Bayden keçmiş Prezident Con Kennedidən sonra ABŞ-ın ikinci Katolik Prezidentidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]