ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniyaya səfər edib
Bakı, 10 iyul, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden bazar günü axşam saatlarında Londona gəlib.
AZƏRTAC Qərb mediasına istinadla xəbər verir ki, Cozef Bayden Londonda Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə Ukraynaya yardım məsələsini müzakirə edəcək və Kral III Çarlzla görüşəcək. İyulun 11-də və 12-də isə ABŞ Prezidenti NATO-nun Litvada keçiriləcək sammitində iştirak edəcək.
Cozef Bayden və Rişi Sunak arasında danışıqların əsas mövzularından biri Ukraynaya kaset bombalarının tədarükü məsələsi olacaq. ABŞ-ın bununla bağlı qərarı NATO-dakı müttəfiqləri arasında narahatlıq doğurub. Britaniya hökumətinin başçısı bildirib ki, London Vaşinqtonun bu qərarını dəstəkləmir.
Amerika lideri Britaniyaya səfəri ərəfəsində CNN telekanalına müsahibəsində deyib ki, Ukrayna hələ NATO üzvlüyünə hazır deyil. Onun sözlərinə görə, təşkilat Ukraynanın alyansa qəbulu məsələsinə yalnız müharibə başa çatdıqdan sonra baxa bilər, lakin Kiyevə yardımlar davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]