ABŞ Prezidenti İranı nüvə proqramı üzrə razılığa gəlməyə çağırıb
Bakı, 13 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp cümə günü İrana xəbərdarlıq edib ki, çox gec olmadan razılığa gəlməli və vaxtilə İran imperiyası kimi tanınan ərazini xilas etməlidir.
AZƏRTAC ABC telekanalının saytına istinadla xəbər verir ki, İsrailin İranın nüvə və hərbi obyektlərinə hava zərbələri endirməsindən sonra “Truth Social” platformasında paylaşım edən Donald Tramp yazıb: “Daha çox ölümün, daha çox dağıntının qarşısını almaq üçün çox gec olmadan bunu edin”. “İrana diplomatiya şansı verdiyini” bildirən ABŞ Prezidenti əlavə edib ki, müvafiq sazişlə bağlı yaxınlaşma olsa da, hələ tam razılıq əldə olunmayıb. O, İran rəsmilərinə vəziyyətin “onların güman etdiyi, gözlədiyi və ya deyiləndən də çox pis ola biləcəyi” barədə xəbərdarlıq edərək, ABŞ-ın dünyanın uzaqməsafəli ən qabaqcıl və güclü hərbi texnikasını istehsal etdiyini, çoxlu sayda silaha sahib olduğunu vurğulayıb. “Onların (İsrailin) da bu silahları effektiv şəkildə yerləşdirmək imkanı və hazırlığı var”, -deyə ABŞ Prezidenti əlavə edib.
Donald Tramp bildirib ki, “bəzi iranlı sərt siyasətçilər son hadisələr baş verməzdən əvvəl cəsarətlə danışırdılar. İndi onların hamısı ölüdür və vəziyyət daha da pisləşəcək”.
ABŞ Prezidenti bildirib ki, hələ çoxlu sayda qırğının və dağıntının qarşısını almaq üçün “fürsət pəncərəsi” var. Onun sözlərinə görə, növbəti hücumlar daha sərt ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]