ABŞ SƏFİRLİYİ DEMOKRATİYA KOMİSSİYASININ KİÇİK QRANTLAR PROQRAMI ÜZRƏ MÜSABİQƏNİN PAYIZ MƏRHƏLƏSİNİ ELAN ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Demokratiya Komissiyasının kiçik qrantlar proqramı üzrə müsabiqənin 2005-ci il payız mərhələsinin başlanmasını elan edir.
Proqram üzrə layihə təklifləri dekabrın 27-dək qəbul olunacaqdır. Müsabiqəyə iqtisadiyyat, biznes assosiasiyalarının yaradılmasına, şəffaf dövlət idarəetməsinə, elm, təhsil, səhiyyə və hüquq mühafizə orqanları, eləcə də kütləvi informasiya vasitələrində ABŞ-ın siyasətinə, ABŞ-Azərbaycan münasibətlərinə, beynəlxalq münasibətlərə dair silsilə məqalələr, televerilişlər, şərhlər barədə layihələr təqdim edilə bilər.