ABŞ Senatında respublikaçılar səsvermə zamanı hüquqlar barədə qanun layihəsini qəbul etməyiblər
Vaşinqton, 23 iyun, AZƏRTAC
ABŞ Senatında respublikaçılar səsvermə zamanı hüquqlar barədə demokratların təqdim etdikləri qanun layihəsini qəbul etməyiblər.
AZƏRTAC xəbər verir ki, Senatdakı demokratların lideri Çak Şumer belə adlandırılan “Xalq naminə” qanun üçün prosedur səsverməsi təyin edib. Lakin qanun layihəsinin debatlara çıxarılması üçün 60 səs zəruri olduğu halda və bu məsələyə qarşı çıxış edən respublikaçıların sayı 100 üzvdən ibarət palatada bərabər bölüşdürüldüyündən qanun layihəsi indiki variantında dayandırılıb.
Qərbi Virciniyadan olan demokrat senator Co Mançinin nəzərdən keçirilmiş versiyasını irəli sürmək cəhdləri davam edir. Onların təklif etdiyi dəyişikliklərə seçicinin milli şəxsiyyət vəsiqəsinə tələblərin əlavə edilməsi və ilkin versiya ilə müqayisədə dövlət kampaniyasının maliyyələşdirilməsi barədə əsasnamənin qısaldılması daxildir. Seçki islahatlarına demokratik təkan onunla bağlıdır ki, bir çox ştatlarda 2020-ci il seçkilərindən sonra Prezident Donald Tramp seçkilərin saxtalaşdırılması barədə dəfələrlə yalan bəyanatlar verdiyi zaman respublikaçılar tərəfindən nəzarət edilən qanunvericilik orqanları yeni məhdudiyyətlər tətbiq edirlər. Cari ilin martında Nümayəndələr Palatası tərəfindən demokratların səs çoxluğu ilə qəbul edilən Senatın qanun layihəsi səsvermə üçün insanların qeydiyyatını sadələşdirəcək, ştatlardan növbədənkənar səsvermənin azı 15 gün keçirilməsini tələb edəcək, insanlara səbəbini izah etmədən uçotdan çıxma vəsiqəsini vermələrinə və seçki dairələrinin yenidən bölüşdürülməsini ştatların qanunvericilik məclislərinə deyil, heç bir partiyanın üzvü olmayan komissiyaların ixtiyarına verilməsinə şərait yaradacaq.
AZƏRTAC-ın Vaşinqton bürosu