Abşeron rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 13 iyun, AZƏRTAC
İyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 1964-cü il təvəllüdlü Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradovun bıçaqla xəsarətlər yetirərək Miribrahim Seyidovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.07.2025 [15:16]
İtaliyanın “RAI 1” kanalı “ASAN xidmət”in fəaliyyətini işıqlandırıb
- 14.07.2025 [15:13]