“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Naxçıvanda təşkil olunub
Bakı, 7 dekabr, AZƏRTAC
“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazırliyinin təşkilatçılığı ilə Naxçıvanda keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və layihənin əlaqələndiricisi Kərim Ağayev iştirak ediblər.
Uşaqlara müxtəlif idman ləvazimatları paylanıb.
Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.