ADA-da “Erasmus kəndi” adlı tədbir keçirilib
Bakı, 23 dekabr, AZƏRTAC
Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə ADA Universitetində “Erasmus kəndi” adlı tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, tədbir “Sosial inkluzivlik” adı altında Erasmus Tələbə Şəbəkəsinin “Sosial Erasmus” layihəsinin 10 illiyinə həsr olunub.
Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov, bir sıra gənclər təşkilatlarının və gənclər evlərinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı iştirakçılara Avropa İttifaqının Erasmus+ və Avropa Həmrəyliyi Korpusu adlı proqramları barədə geniş məlumat verilib. Bundan əlavə, “Sağlam düşüncə” Gənclər Təşkilatının və Y-PEER Azərbaycan şəbəkəsinin nümayəndələri tərəfindən sosial yönümlü uğurlu layihələr barədə təqdimatlar edilib.