Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adi zoğal növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri öyrənilib

Adi zoğal növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri öyrənilib

Bakı, 8 avqust, AZƏRTAC

Adi zoğal (Cornus mas L.) yabanı halda Kiçik Qafqazın şimal-şərq bölgəsində Gədəbəy, Göygöl, Tovuz və Qazax rayonlarda tədqiq edilib. Tədqiqat aparılan adi zoğal (Cornus mas L.) növü Azərbaycanda təbii olaraq yayılıb.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova məlumat verib. O bildirib ki, zoğal toxumları Tovuz rayonunda, Göygöl Milli Parkında və Gədəbəydə qarışıq meşələrdən tədarük edilib. Zoğal toxumları bir neçə üsul ilə səpilir. Adi səpin qaydasında zoğal toxumları səpindən bir il sonra cücərir. Buna görə də toxumların cücərməsini sürətləndirmək üçün stratifikasiya üsulundan istifadə olunub. Payızda səpilmiş toxumlar daha yaxşı inkişaf edir və yaz səpininə nisbətən 7-10 gün tez cücərir. Strafikasiya edilməyən toxumlar yalnız iki ildən sonra cücərir. Zoğal toxumları şirəli meyvə lətindən təmizləndikdən sonra daha yaxşı cücərir. Toxumların keyfiyyətinə və miqdarına iqlim şəraiti də müəyyən təsir göstərir. Zoğalın toxumlarının cücərmə qabiliyyəti tez itir. Buna görə də toxumları 1 ildən artıq saxlamaq məsləhət görülmür. Toxumların səpin üçün bir neçə hazırlanma üsulu var. İslatma üsulunda toxumlar otaq temperaturunda olan suda saxlanılır. Toxumun səpin dərinliyi düzgün seçilmədikdə cücərtilər seyrək və zəif olur. Torpaqda mineral maddələrin çatışmaması, rütubətin az olması cücərtilərə mənfi təsir göstərir. Səpilmiş toxumlardan aprel ayının birinci ongünlüyündə ilkin, 4-6 gündən sonra kütləvi cücərtilər müşahidə edilib. Payızda əkilən toxumların cücərtiləri, yazda əkilənə nisbətən 5-8 günə əvvəl əmələ gəldi. Payızda (oktyabr) səpilən adi zoğal növünün toxumları yüksək cücərmə qabiliyyətinə malik olub, 43-85 faiz cücərti verdi. Müəyyən olunub ki, təzə yığılan toxumlar yığılıb sахlаnılаn toxumlara nisbətən daha tez cücərti verir. Aprelin sonunda, mayın əvvəlində əsas yarpaqlar əmələ gəlir.

Qeyd edilib ki, səpin sahəsi vaxtaşırı alaq otlarından təmizlənir və yumşaldılır, cərgəarası təmiz saxlanılır. Bu, tinglərin normal inkişafına kömək edir. Birillik toxmacarlar 5-6 dəfə, ikiillik toxmacarlar 3-4 dəfə alaqlardan təmizlənib. Abşeron şəraitində yayın qızmar keçməsi ilə əlaqədar, tez-tez suvarmadan sonra torpağın üst bərk qatı ehtiyatla davranmaqla, cücərtilər zədələnmədən dərhal yumşaldılıb. Mayın sonu iyunun əvvəllərində cücərtilərin zəif olmasını nəzərə alaraq isti, quru havada günəşin və küləyin təsirindən cücərtilərdə saralma və zəifləmə olmaması üçün, cücərtilərin üzəri samanla örtüldü. Səpin sahəsində bitkilərə quru hava şəraitində hər gün xüsusi çiləyicilər vasitəsilə 2-2,5 vedrə su verildi. Avqustun sonunda suvarma dayandırıldı ki, qışa qədər bitkilərin oduncağı qalınlaşsın. 2-3 illik toxmacarlar böyümə sahəsinə köçürüldü. Bitkilərin köçürüldüyü sahə əvvəlcədən şumlanıb üzvi gübrələr və kompostla təmin edilib. Böyümə sahəsində bitkiarası məsafə orta hesabla 35-50 santimetr, cərgəarası 0,75-1 metr olub. Adi zoğalın toxumla çoxaldılmasının üstünlüyü ondan ibarətdir ki, bu bitkilər xəstəliyə və ekoloji amillərə qarşı daha davamlı olur.

Cücərmiş bitkilər düzgün və zamanında köçürülməzsə əksəriyyəti növbəti ilə məhv olur. Təcrübə sahəsində becərilən cavan bitkilər, yəni əkin materialı bir və ya bir neçə ildən sonra erkən yazda və payızda daimi sahəyə köçürülür. Yazda bitkilərdə tumurcuqlar inkişaf etməmiş, payızda isə bitkinin yerüstü inkişafı dayandıqdan sonra köçürmə işləri aparıla bilər. Bitkilər köçürülən zaman kök sistemi torpaq qarışıq çıxarılır ki, zədələnməkdən qorunsun. Daimi yerinə köçürülmüş bitkilərə qulluq müəyyən şərtlərdən asılıdır. Abşeron yarımadasının iqlim şəraitində üzərində tədqiqat apardığımız bitkilərin yaşı, ölçüsü, əkin materialının keyfiyyəti, əkin sıxlığı, torpaq şəraiti nəzərə alınmalıdır. Əlverişli əkin müddəti seçildikdə və bitkilər yaxşı inkişaf etdikdə, sonradan qulluq tələb olunmur. Əgər əkin materialı sıx otlu və kollu sahəyə köçürülübsə və bu zaman zəif inkişaf etmiş tinglərdən istifadə olunubsa, ilk illərdə müntəzəm aqrotexniki qulluq və suvarılma işləri həyata keçirilir.

Adi zoğalın gövdəsi əvvəlcə yaşıl, sonradan tam oduncaqlaşmış halda tünd yaşıl rəngli olur, noyabrdan mart ayına qədər isə qonur rəngə çevrilir. Yarpaqları töküləndir. Bitki Abşeronun iqlim şəraitinə davamlıdır.

“Tədqiqatlar nəticəsində müəyyən olunub ki, adi zoğal quraqlığa davamlıdır. İntroduksiya olunan bitkilərin normal böyüyüb inkişaf etməsi üçün onların yeni iqlim şəraitinə uyğunlaşmaları böyük əhəmiyyət kəsb edir. Ağac, kol bitkilərinin introduksiyası üçün bu bitkinin Abşeron rayonunun qışına davamlı olması əsas amillərdən sayılır və ətraf mühitin aşağı düşən hərarət reaksiyası, hər bir növ üçün səciyyəvi olan canlı hüceyrələrin prоtоplаzmаsının xüsusiyyətləri ilə təyin olunur. Tədqiqat nəticəsində adi zoğala ekoloji amillərin, o cümlədən temperatur rejiminin təsiri öyrənilib. Məlum olub ki, temperaturun dəyişməsi bitkinin normal inkişafına təsir göstərir. Azərbaycanın ayrı-ayrı bölgələrindən gətirilmiş adi zoğal növünün toxumları Abşeronun torpaq-iqlim şəraitində çoxaldılıb, bioekoloji xüsusiyyətləri öyrənilib. İstiyə və soyuğa davamlı, işıqsevəndir, torpağa az tələbkardır. Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadəsı məqsədyönlüdür”,- deyə M.Həsənova bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!