Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Əliyev: Ermənistanın təcavüzkar siyasəti davam etdikcə, məğlubiyyəti qaçılmaz olacaq

Adil Əliyev: Ermənistanın təcavüzkar siyasəti davam etdikcə, məğlubiyyəti qaçılmaz olacaq

Bakı, 12 oktyabr, AZƏRTAC

Ermənistan tərəfinin 2016-cı ilin Aprel döyüşlərində öz cəzasını almasına baxmayaraq, sentyabrın sonlarında yenidən təxribata əl atması Azərbaycan Ordusunun işğalçı ölkəyə gücünü nümayiş etdirməsinin vaxtının çatdığını göstərirdi. Ordumuz Aprel döyüşlərindən sonra Günnüt əməliyyatında da erməniləri ağır itkilər verməklə geri çəkilməyə məcbur etmişdi.

Sentyabrın 27-dən etibarən əl atdıqları təxribata Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən verilən cavab isə təcavüzkara daha böyük itkilər hesabına başa gəldi. Budəfəki döyüşlər miqyasına, işğaldan azad edilən ərazilərə, məhv edilən düşmən sayına və ələ keçirilən hərbi texnikaya görə daha sarsıdıcı oldu. Ermənistan ordusunun və cəmiyyətinin özünə inamı kəskin surətdə azaldı. Ordumuz bir neçə günə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Silahlı qüvvələrimiz tərəfindən düşmənin 190-dan çox tankı, artilleriya qurğusu və raket sistemləri, xeyli sayda canlı qüvvəsi məhv edildi, çoxsaylı hərbi texnikası və silah-sursatı ələ keçirildi.

Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə işğal altında qalan torpaqlarımızın bir qismini azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlılarının sarsılmaz birliyi dövlətimizin əzmini daha da artırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Son döyüşlərdə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin, Murovdağ zirvəsinin, Suqovuşan su anbarının, onlarla kəndin, strateji yüksəkliklərin azad edildiyini vurğulayan Adil Əliyev deyib: “Hazırda həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi. Suqovuşanın azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atıldı. Artıq düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanı, nə də resursu var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında bildirdiyi kimi, “status-kvo yoxdur, onu mən dəyişdirmişəm, təmas xətti də yoxdur, təmas xətti yarılıb”.

“Biz Ermənistan tərəfinə vaxt verdik ki, humanitar atəşkəs elan olunsun. Bunun əhəmiyyəti nədən ibarət idi: birincisi, humanitar atəşkəs beynəlxalq hüququn tələbidir. Humanitar atəşkəs o səbəbdən elan olunur ki, müharibədə iştirak etmiş tərəflər yaralılarını çıxarsın, həlak olanları döyüş meydanından götürsün, ailələrinə təhvil versin, dəfnləri təşkil edilsin. İkincisi, fasiləsiz davam edən qızğın döyüşlər zamanı düşmənə qarşı amansız mübarizə aparan əsgər və zabitlər humanitar atəşkəs dövründə bir neçə gün istirahət edə bilsin, onların yenidən döyüşə hazırlığı təmin edilsin. Üçüncüsü, humanitar atəşkəs dövründə qarşıdakı plan üzrə yeni hərəkət əraziləri, mühüm strateji nöqtələr seçilsin və zəruri taktiki əməliyyatlar müəyyən edilsin. Dördüncüsü və ən əsası, bu humanitar atəşkəsə əməl etməklə torpaqlarımızın işğalda olmasına baxmayaraq, Azərbaycan Respublikası öz Konstitusiyasının 9-cu maddəsinin II bəndinin tələblərinə uyğun olaraq münaqişələrin həlli üsulu kimi müharibənin əsas olmadığını, sülhə tərəfdar olduğunu bir daha aşkar şəkildə dünyanın diqqətinə çatdırsın”, - deyə A.Əliyev qeyd edib.

Milli Məclis Sədrinin müavini, həmçinin bildirib: “Azərbaycan münaqişənin müharibə yolu ilə deyil, sülh yolu ilə ədalətli həllini tələb edir. Əgər bu sülhün içərisində ədalət yoxdursa, biz onu istəmirik. Azərbaycan hakimiyyəti hər zaman bildirib ki, vasitəçi olmaq istəyən tərəflər Ermənistandan qrafik almalıdır. Həmin qrafikdə Ermənistan Azərbaycan ərazilərini hansı müddətdə, necə boşaldacağını bildirməlidir. Qrafik qısa müddətdə vasitəçilər tərəfindən təsdiqlənməlidir. Lakin məhz bu münaqişənin həlli üzrə mandat almış ATƏT-in Minsk qrupunun həmsədrləri heç vaxt üzərilərinə götürdükləri vəzifələri layiqincə icra etmədilər. Necə ki, son 28 ildə BMT Ermənistanın üzərinə 4 qətnaməni icra etməklə bağlı vəzifə qoyub və Ermənistan tərəfi buna əməl etmir”.

Ermənistanın humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdiyini diqqətə çatdıran Adil Əliyev vurğulayıb: “Humanitar atəşkəsin elan olunmasından 14 saat sonra Gəncə və Mingəçevir şəhərləri yenidən işğalçı dövlət tərəfindən raket hücumuna məruz qaldı. Gəncə şəhərinin mərkəzində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak oldu, 40-a yaxın insan ağır xəsarət aldı. Baxmayaraq ki, Gəncə şəhərinin təmas xətti ilə heç bir əlaqəsi yoxdur”.

Adil Əliyev diqqətə çatdırıb ki, Ermənistanın cəbhədən kənarda yerləşən əraziləri atəşə tutmaqda əsas məqsədi üçüncü ölkələri öz xeyrinə münaqişəyə cəlb etməkdir. Artıq bütün dünya gördü ki, Azərbaycan müharibədə çox böyük üstünlüyə malik olmasına baxmayaraq, münaqişənin öz ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinə nail olmaq istəyir və bununla bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Azərbaycan müharibəyə tam hazır olsa da, sülh danışıqlarından imtina etmədi. Ermənistan isə sülh danışıqlarının şərtlərini bir neçə saatda pozdu. Bu isə Ermənistan hakimiyyətinin əsl mahiyyətini göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zaur Şükürov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsində uğurla inkişaf edir

Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

“Yay Fest”in “Mühəndislik və Kod” düşərgəsi texnologiyaya həvəsi olan gəncləri bir araya gətirib

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Azər Badamov: Azərbaycanla Özbəkistan arasında iqtisadi və ticarət əlaqələri sürətlə genişlənir

Birinci Türkoloji Qurultayın 100 illiyi Tbilisidə qeyd olunub

Azərbaycan Kuala Lumpurda beynəlxalq turizm sərgisində təmsil olunub

Faciənin altıncı ildönümü: Türkiyədə sel qurbanlarının xatirəsi anılır

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı yeni imkanlar açır ŞƏRH

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının gücünü artırır RƏY

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

Bakı ilə Daşkənd arasında möhkəmlənən körpü bütöv coğrafiyanın gələcəyini bir-birinə bağlayır ŞƏRH

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

AKTİ beynəlxalq forumda Azərbaycanı təmsil edib

“Yeni nəsil energetiklər” yarışında Qazax komandası finala vəsiqə qazanıb

Yaponiya hərbi potensialını süni intellektli dronlarla gücləndirir

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək inkişaf mərhələsini yaşayır RƏY

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib ŞƏRH

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb

Krivoy Roqdakı ticarət mərkəzinə dron zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb, 9 nəfər itkin düşüb

Rusiya ordusu Kiyevdə lokomotiv deposuna zərbələr endirib

Xəzər dənizində zəlzələ baş verib

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - ŞƏRH

Qazaxıstanda pilotsuz uçuş aparatlarının köməyi ilə 63 nəfər xilas edilib

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Premyer Liqa: “Arsenal” mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

İmişlidə yol qəzası olub, piyada ölüb

Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib  YENİLƏNİB

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib

BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir

“Şükür bu günə ki, qayıtdıq” - keçmiş məcburi köçkünün qürur dolu anları

Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada yeni geosiyasi reallıqlar yaradır - ŞƏRH

Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyunu keçirəcək

Bu saata olan əsas xəbərlər

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

® Yüksək peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması ilə tanınan həkim

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

Turizmin gələcək kadrları iş yerində yetişir – DUAL TƏHSİLİN YENİ ÜNVANI

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neftin qaldığı bildirilir

Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Səfir: Axıska türklərinə həsr olunmuş sərgi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətini göstərir

Ekspert: Yeni Dövlət Proqramı turizm sektorunun inkişafına əlavə stimul verəcək

Bakıda voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Azərbaycan və Qırğızıstan Ali məhkəmələri arasında əməkdaşlıq genişləndiriləcək

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

Şahzadə Harri və daha 6 məşhur şəxs “Daily Mail”in naşirinə ilkin olaraq 9,5 milyon funt sterlinq ödəməlidir

İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimatı keçirilib

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir - ŞƏRH

Axıska türklərinin yaşadığı tarixi hadisələrin Türk dünyasına çatdırılması vacibdir

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Premyer Liqada II turun hakim təyinatları açıqlanıb