Admiral Hüseyn Xanzadə: İranın Hərbi Dəniz Qüvvələri Azərbaycan ilə birgə təlim keçirməkdə maraqlıdır
Tehran, 2 mart, AZƏRTAC
İranın Hərbi Dəniz Qüvvələri Azərbaycan ilə birgə hərbi təlim keçirməkdə maraqlıdır və buna hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Xanzadə deyib. O bildirib ki, hər iki dövlətin birgə təlimləri dəniz qüvvələrinin döyüş hazırlığını artırar. Admiral qeyd edib ki, Xəzər dənizinin təhlükəsizliyi hər iki dövlətin maraqlarına cavab verir.
H.Xanzadə diqqətə çatdırıb ki, İran ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Bu əlaqələr səmimi dostluq və qardaşlıq xarakteri daşıyır. İqtisadi, siyasi, mədəniyyət, idman və digər sahələrlə yanaşı, hərbi dəniz qüvvələri arasında da yaxın əməkdaşlıq əlaqələri mövcuddur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]