ADNSU tələbələri “AzərEnerji” ASC-də yay təcrübəsində
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən 30-u “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətində ödənişli yay təcrübəsi keçir.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, həmin tələbələr öyrəndikləri nəzəri bilikləri təcrübədə sınaqdan keçirməklə ixtisaslarının incəlikləri ilə daha yaxından tanış olurlar, həm də daimi işlə təmin olunma şansı qazanırlar.
Müəssisədə tələbələrin təcrübə keçməsi üçün lazımi şərait yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]
BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub
- 09.06.2026 [14:28]