ADY: Maşinist vəsiqəsi üçün müraciət edənlərin 27 faizi imtahanı uğurla verib
Bakı, 15 avqust, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə keçirilən təlimlərə maşinist vəsiqəsi üçün müraciət edənlərin 27 faizi imtahanı uğurla bitirib.
AZƏRTAC xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, ADY-dən və kənar təşkilatlardan ümumilikdə 349 nəfər maşinist və maşinist köməkçiləri üçün 3 mərhələli imtahan prosesinə qatılıb.
Sonda 92 namizəd dəmiryol nəqliyyatının idarə edilməsi hüququnu təsdiq edən vəsiqəyə sahib olub.
Kənar qurumlardan müraciət edən 38 namizəddən 15-i imtahanı uğurla başa vurub.