Aerobika gimnastikası üzrə 8-ci ölkə birinciliyi keçiriləcək
Bakı, 28 oktyabr, AZƏRTAC
Noyabrın 1-2-də aerobika gimnastikası üzrə 8-ci ölkə birinciliyi, Bakı çempionatı və paytaxt birinciliyi keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək yarışlarda “Ocaq Sport” klubu və Sumqayıt Olimpiya İdman Kompleksindən 76 gimnast medallar uğrunda mübarizə aparacaq.
İdmançılar uşaqlar (2013-2015), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il il) yaş kateqoriyalarına uyğun olaraq fərdi və üçlük proqramda çıxış edəcəklər.
Onlar bu dəfə gimnastikasevərlər üçün musiqinin hər notuna uyğun ahənglə güclərini, sürətlərini və çevikliklərini sərgiləyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]