AFFA Gənclər Liqasının püşkü atılıb
Bakı, 16 avqust, AZƏRTAC
AFFA Gənclər Liqası və U-17 Liqasında 2023/2024 mövsümünün püşkü atılıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatma mərasimində milli assosiasiyanın baş katibinin müavini Kamran Vəliyev, qurumun Texniki Direktoru Cahangir Həsənzadə, Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə və klub nümayəndələri iştirak ediblər.
Gənclər Liqasında 11 komanda mübarizə aparacaq və mövsüm üç dövrədən ibarət olacaq. Hər turda bir komanda istirahət edəcək.
I turun təqvimi
19-20 avqust
“Səbail” PFK - “Neftçi” PFK
“Qarabağ” FK - “Zirə” PFK
“Sabah” FK - İCBFA
“Araz-Naxçıvan” PFK - “Qəbələ” İK
“Kəpəz” PFK - “Turan Tovuz” PFK
“Sumqayıt” bu tur istirahət edəcək.
14 komandanın mübarizə aparacağı AFFA U-17 Liqası üç dövrədən ibarət olacaq. Birinci turun oyunları 26-27 avqustda keçiriləcək.
I turun təqvimi
26-27 avqust
“Sumqayıt” FK - EFA
“Zirə” PFK - “Turan Tovuz” PFK
“Neftçi” İK İB - İCBFA
“Sabah” FK - “Universal” FA
“Səbail” PFK - “Qarabağ” FK
“Neftçi” PFK - “Kəpəz” PFK
“Qəbələ” İK - “Araz-Naxçıvan” PFK
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]