Afurca-şimal bölgəsinin ən məşhur şəlaləsi
Bakı, 24 avqust, AZƏRTAC
Quba şəhərinin 36 kilometrliyində yerləşən Afurca kəndi dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Kəndi məşhurlaşdıran isə dağlar qoynundan süzülüb gələn axar su 76 metr yüksəklikdən tökülür. Dağdan tökülən ağappaq şəlalənin gözəlliyinə tamaşa etmək və onun ətrafında dincəlmək üçün meşədən keçən 200 metr yolu qət etmək lazımdır.
AZƏRTAC xəbər verir ki, şimal bölgəsinin ən məşhur şəlaləsi olan Afurca Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Hər gün təbiətin bu gözəlliyinə tamaşa etmək üçün çoxlu turist gəlir. Şəlalə xarici turistlər arasında da çox populyardır. Qızmar yay günlərində bənzərsiz təbii gözəlliyi və ətrafa yaydığı sərinliyi ilə şəlalə xüsusi harmoniya təşkil edir.
Geoloji təbiət abidəsi olan dağlar gözəli dövlət tərəfindən mühafizə olunur. Əbəs yerə deyil ki, Afurca şəlaləsi turistlərə təklif olunan dörd marşruta daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]