Ağ Ev: ABŞ İranla nüvə sazişi üzrə danışıqlar aparmır
Bakı, 17 iyul, AZƏRTAC
ABŞ hazırda İranla nüvə sazişi ilə bağlı heç bir danışıqlar aparmır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bildirib.
“Əgər İran nüvə sahəsində gərginliyi azaltmaq üçün addımlar atmağa başlarsa, bu, region və Amerikanın milli maraqları üçün xeyirli olacaq. Hazırda İranla nüvə sazişinə qayıtmaq bizim əsas diqqətimizi çəkmir”, - deyə Con Kirbi qeyd edib.
Kirbi əlavə edib ki, Vaşinqton Tehranla əlaqə saxlayır, lakin bu əlaqələr ABŞ-ın İranda saxlanılan amerikalıları geri qaytarmaq cəhdləri ilə bağlıdır.
Qeyd edək ki, 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranla nüvə böhranın aradan qaldırılmasına yönəlmiş Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıblar. ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]