Ağ ev: ABŞ Prezidenti Türkiyəyə F-16 tədarükünün tərəfdarıdır
Bakı, 11 iyul, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden F-16 qırıcılarının Türkiyəyə tədarükü ideyasını dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bunu jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Prezident Cozef Bayden bir neçə ay ərzində F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün tərəfdarı olduğunu birmənalı şəkildə qeyd edib və bu, bizim milli maraqlarımıza cavab verir. Türkiyənin potensialının artması NATO-nun marağındadır”, - deyə o bildirib.
Türkiyə ABŞ-dan 40 ədəd “F-16 Block 70” təyyarəsi və öz arsenalındakı F-16 qırıcılarının modernizə edilməsi üçün 80 dəst “Block 70” komponenti istəyib. Lakin Amerika qanunvericiləri ABŞ silahlarının digər ölkəyə satılmasına mane ola bilərlər. Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Konqresin bəzi üzvləri Türkiyəyə silah tədarükünü İsveçin NATO üzvlüyü ilə bağlı Ankaranın addımlarına bağlamağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]