Ağcabədidə dələduzluq edən şəxs həbs olunub
Ağcabədi, 16 mart, AZƏRTAC
Ağcabədidə dələduzluq edən şəxs həbs olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində etibardan sui-istifadə etməklə vətəndaşa məxsus pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən Elməddin Baxışov saxlanılıb. Araşdırma zamanı onun təqaüd düzəltmək adı ilə 11 min manat alaraq dələduzluq əməli törətdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Baxışov barəsində həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:48]
Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb
- 10.06.2026 [13:42]
Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib
- 10.06.2026 [13:32]
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
- 10.06.2026 [12:01]
Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü
- 10.06.2026 [11:54]
Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO
- 10.06.2026 [11:30]
Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar
- 10.06.2026 [11:23]