Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
Bakı, 19 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası keçiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir noyabrın 21-i saat 09:00-da “Aghdam City Hotel”də (Ağdam şəhəri, M. F. Axundzadə küçəsi) təşkil olunacaq.
Yarmarkada mütəxəssis, xəzinədar, qənnadçı, nəzarətçi, qeydiyyatçı və digər işlər üzrə 67 vakansiya təqdim ediləcək.
Aktiv məşğulluq tədbirinin iştirakçılarına agentliyin icra etdiyi layihə və tədbirlər, həmçinin vakansiyalar, iş öhdəlikləri barədə ətraflı məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [12:41]
“Bir uşağın sabahına işıq ol!” - XXII Ənənəvi Xeyriyyə Sərgisi
- 05.06.2026 [12:09]
Bəzi qanunlara təklif edilən dəyişikliklər müzakirə olunur
- 05.06.2026 [12:00]