Ağdamda yollar qardan təmizlənir – nəqliyyatın hərəkəti təmin olunur VİDEO
Ağdam, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdamda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin müvafiq strukturunun texnikaları ilə yollar qardan təmizlənir, qum-duz qarışığı səpilir.