Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamdan Xankəndiyə gedən kommunikasiya xətlərinin perspektivləri

Ağdamdan Xankəndiyə gedən kommunikasiya xətlərinin perspektivləri

Bakı, 13 avqust, Hikmət Əhmədov, AZƏRTAC

Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa olunub. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgəsinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi, mədəni inkişafı daha da sürətləndi, Bakı ilə əlaqələri möhkəmləndi. Bu əhalinin maddi-texniki təchizatını yaxşılaşdırmaqla bərabər, həm də regionun iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə artmasına imkan verdi - məsələn, xammalın tədarükü və məhsulların daşınması xərclərinin aşağı düşməsi səbəbindən Qarabağda istehsal olunan məhsulların maya dəyəri xeyli aşağı düşdü. Bütün bunlar məhz Ümummilli Liderin səyləri nəticəsində əldə olunmuşdu.

AZƏRTAC Ağdamdan keçərək Xankəndiyə gedən kommunikasiya xətlərinin əhəmiyyəti, region üçün perspektivləri barədə bəzi statistik məlumtaları təqdim edir.

Ötən əsrin 80-ci illərində Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam dəmir yolu xətti hissəsi üzrə yük daşınmalarının illik dövriyyəsi 1,5 milyon ton, Ağdam-Xankəndi (27 kilometr) dəmir yolu xətti hissəsi üzrə isə 1 milyon ton olub. Həmin dövrdə qatarların hərəkət sürəti Bərdə-Ağdam dəmir yolu xətti üzrə 60 kilometr/saat, Ağdam-Xankəndi dəmir yolu üzrə 40 kilometr/saat idi.

Bərdə-Ağdam-Xankəndi dəmir yolu xətti istiqaməti üzrə statistik və proqnoz məlumatlara aşağıdakı cədvəldə nəzər salaq. 

1990-cı illərin əvvəlində Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi respublikanın dəmir yolu təsərrüfatına da külli miqdarda ziyan vurulub. Texnika ilə birlikdə Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qalıb, Yevlax-Xankəndi dəmir yolunun fəaliyyəti dayandırılıb, bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları işğal edilib, dəmir yolu xətləri ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb.

Otuz ildən sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımızda yenidən həyat canlanır - həmin regionlarda yeni dəmir yolu xətlərinin inşası rallaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə başlanılıb. Hazırda layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib, xəttin tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi 70 faiz təşkil edir. O cümlədən 56,951 kilometr uzunluğunda uzunölçülü relslər quraşdırılıb, həmçinin birinci mərhələ üzrə torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişən qurğuların quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Layihə üzrə texniki göstəricilər və iş həcmləri barədə aşağıdakı məlumatları təqdim edirik:

 Xəttin yan yollarla birlikdə uzunluğu 57.857 kilometr, o cümlədən ox üzrə uzunluğu 47.1 kilometrdir;

 Torpaq işlərinin həcmi 1 368 816 kubmetrdir;

 Stansiyalar (4 ədəd): Bərdə, Köçərli, Təzəkənd və Ağdam;

 Mühəndis qurğuların sayı 130 ədəddir;

• O cümlədən, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 7 ədəd heyvan keçidi, 85 ədəd suötürücü boru, 1 ədəd piyada üst keçidi və 33 ədəd ehtiyat keçidi;

 Layihədə 9 ədəd qorunan və 7 ədəd qorunmayan olmaqla, ümumilikdə 16 ədəd avtomobil yolu ilə eyni səviyyəli kəsişmə mövcuddur;

 Yoldəyişən qurğuların sayı 34 ədəddir;

 Rabitə-işarəvermə sistemlərinin uzunluğu 47,1 kilometrdir;

Qatarların proqnozlaşdırılan hərəkət sürəti - 80 kilometr/saat, yük daşınmalarının illik dövriyyəsi - 1.5 milyon tondur.

Qarabağa yüklər daha sürətli və səmərəli şəkildə hansı yolla çatdırıla bilər?

Vaxtilə Ağdamdan keçən kommunikasiya xətləri - avtomobil yolu və dəmir yolu Xankəndi, Şuşa, Laçın sakinlərinin bütün ehtiyaclarını təmin edirdi. Bakıdan Xankəndiyə, Şuşaya, Laçına gedən ən qısa yol məhz Ağdamdan keçirdi. Bakı-Yevlax-Ağdam-Xankəndi-Şuşa-Laçın avtomobil yolu ilə sərbəst hərəkət daha əlverişli idi. Bu yol humanitar yüklərin daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yarada bilər.

Qeyd edək ki, 1980-ci illərdə Bakı şəhərindən Xankəndi və Şuşa şəhərlərinə getmək üçün respublika əhəmiyyətli R-28 Yevlax-Xocalı-Laçın avtomobil yolundan Ağdam şəhərinin mərkəzindən keçməklə istifadə olunurdu. Həmin illərdə Ağdam-Bərdə avtomobil yolunun 40-cı kilometrindən ayrılmaqla, Ağdam şəhərinin mərkəzinə daxil olmadan Əsgəran rayonunun inzibati ərazisinədək 17,5 kilometr uzunluğunda yerli əhəmiyyətli 2 hərəkət zolaqlı Ağdam dairəvi yolu çəkilmiş və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınadək Qarabağın bütün əhalisi, eləcə də Laçın rayonunun əhalisi daimi olaraq bu yoldan istifadə edib.

Məlumat üçün xatırladaq ki, Ağdam şəhərindən Əsgəran rayonuna kimi məsafə 6 kilometr, Xankəndi şəhərinə 23 kilometr və Xankəndidən Şuşa şəhərinə qədər 11 kilometrdir. Bakı şəhərindən Ağdam şəhərinə kimi olan məsafə 360 kilometr, Xankəndi şəhərinə 383 kilometr, Şuşa şəhərinə 394 kilometr və Laçın şəhərinə qədər 435 kilometr təşkil edir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası layihəsinə uyğun olaraq Bərdə-Ağdam, uzunluğu 44,5 kilometr və Ağdam-Füzuli, uzunluğu 65,7 kilometr olan birinci texniki dərəcəli, 4 hərəkət zolaqlı avtomobil yollarının tikintisi sürətlə davam edir. Hər iki avtomobil yolu sutka ərzində 17 min avtomobili buraxmaq qabiliyyətinə malikdir.

Münaqişədən əvvəl Bakı-Yevlax-Ağdam-Xankəndi-Şuşa-Laçın avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayırdı. İşğal dövründə dəmir yolu xətti sıradan çıxsa da, avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Bu səbəbdən, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur. Bu gün Azərbaycanın iqtisadi potensialı da Qarabağdakı erməni sakinlərimizin sosial məsələlərinin həllinə imkan verir. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir. Hazırda Qarabağ iqtisadi rayonu və ona yaxın ərazilərdə üç hava limanı - Gəncə, Yevlax, Füzuli hava limanları fəaliyyət göstərir. Bu da regionun nəqliyyat-logistika layihələrinin xabına çevrilməsinə əsas yaradır. Belə ki, hava limanlarından Bərdə şəhərinə məsafə yaxın olduğundan yüklərin oradan Bərdə-Ağdam avtomobil, Bərdə-Ağdam dəmir yolu vasitəsilə daşınması vaxt itkisinin qarşısını almış olar. Bu baxımdan, Ağdam-Xankəndi yolu böyük əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, Azərbaycan tərəfi erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadəyə icazə verib. Dövlətimiz Qarabağda yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır. Ona görə də, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi