AĞSTAFADA YENİ POÇT BİNASI TİKİLİR
“Azərpoçt” Dövlət Müəssisəsinin Ağstafa rayon poçtamtından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şəhərin mərkəzində, Heydər Əliyev prospektində inşa olunan poçt binasında son tamamlama işləri aparılır.
Yaxın günlərdə istifadəyə veriləcək ikimərtəbəli binada əhaliyə yüksək poçt xidmətləri göstərmək üçün hər cür şərait yaradılacaq.