Azərbaycan Dövlət İnformasiya Agentliyi

AĞSU RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

AĞSU RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 29-da Heydər parkı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV ağsululara müraciətlə dedi:

- Sizi salamlayıram. Sizi görməyimə çox şadam. Mən bu gün Ağsunu tanımadım. Mən dörd il bundan əvvəl rayona gəlmişdim və o vaxtkı vəziyyətlə indiki vəziyyət arasında çox böyük fərq vardır. Mən buna çox sevinirəm. Çox şadam ki, Ağsu rayonu çox sürətlə inkişaf edir. Abadlıq-quruculuq işləri aparılır, gözəl parklar salınır. Yollar necə də gözəldir. İstehsalat sahələri yaradılır.

Mən rayonda gedən proseslərlə bu gün yaxından tanış olmuşam və sizi bütün bu gözəl nailiyyətlər münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

Rayon rəhbərliyi çox səmərəli işləyir, şərait də çox işgüzardır və nəticələr də göz qabağındadır. Bu nəticələri nə gizlətmək, nə də danmaq olar, hər şey göz qabağındadır. İş olan yerdə nəticə də vardır.

Dörd il bundan əvvəl Ağsuda olarkən mənzərə tam başqa idi. Amma bu gün Ağsu, deyə bilərəm ki, Azərbaycan rayonlarının arasında ən qabaqda gedən rayonlardan biridir. Çox böyük işlər görülür. İnsanların məşğulluğu üçün praktiki işlər aparılır.

Bu gün tikilməkdə olan böyük şirə və şərab zavodunun inşası ilə tanış oldum. O zavodun istifadəyə verilməsi nəticəsində minlərlə insan işlə təmin olunacaqdır. Kənd təsərrüfatı inkişaf edəcək, emal sənayesi inkişaf edəcək, ixrac qabiliyyətli məhsullar istehsal olunacaq və rayon iqtisadiyyatına əlavə gəlir daxil ediləcəkdir. Zavodun fəaliyyəti nəticəsində bəlkə yüzlərlə hektar əkin sahələri, bağlar salınacaqdır və indi də salınır. Gözəl meydanlar, parklar, abadlıq, quruculuq, yollar... Bu gün stadionun, uşaq yaradıcılıq məktəbinin təməl daşını qoyduq. Burada gedən proseslər məni çox sevindirir. Bir daha demək istəyirəm ki, bütün bu gözəl nailiyyətlərlə sizi ürəkdən təbrik edirəm və arzu edirəm ki, ağsulular həmişə olduğu kimi gələcəkdə də çox fəal olsunlar, Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfələrini versinlər.

Ölkəmiz sürətlə inkişaf edir. Mənə verilən statistik məlumatlara görə, son 5 il ərzində Ağsuda iqtisadi artım 3 dəfə yüksəlibdir, çoxalıbdır. Yəni bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru, kənd təsərrüfatı inkişaf edir. Azərbaycan dövləti öz tərəfindən bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür.

Regionların sosial-iqtisadi inkişafı Proqramı uğurla icra edilir. Növbəti gələn 4 il ərzində bütün rayonların əsas problemləri öz həllini tapmalıdır. İş yerləri açılır, sahibkarlara kreditlər verilir, kənd təsərrüfatının inkişafı üçün güzəştlər edilir, yəni hərtərəfli dəstək göstərilir. İnfrastruktur layihələri də dövlət tərəfindən həyata keçirilir. Bakıdan Şamaxıya, Ağsuya qədər yollar abadlaşır, müasirləşir. Yəni Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bunu biz özümüz yaratmışıq və məhz hətta dünyada yaşanan böhran ili ərzində Azərbaycanda iqtisadiyyat ona görə artır. Bütün dünyada iqtisadiyyat aşağı düşüb, Azərbaycanda isə 6 faiz artıbdır. Bu, bütün Azərbaycan xalqının zəhməti nəticəsində baş verən hadisələrdir, gerçəklikdir və bu işlərin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur.

İndi biz yeni, gözəl Heydər Əliyev Mərkəzinin açılışında görüşürük. Ulu öndərin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında müstəsna xidmətləri olmuşdur. Məhz onun siyasəti, qətiyyəti nəticəsində Azərbaycan ağır vəziyyətdən şərəflə çıxa bilmişdir. 1990-cı illərin əvvəllərində yaşanan böhrandan şərəflə çıxa bilmişdir və indi inkişaf yolundadır. Sabitlik, iqtisadi yüksəliş, sosial məsələlərin həlli, hərtərəfli inkişaf, neft strategiyası, ordu quruculuğu - bütün bu işlərdə Azərbaycan xalqı Heydər Əliyevin siyasəti və amalı ətrafında birləşərək bu gözəl nəticələri əldə edir. Bu gün bu siyasət hər yerdə, o cümlədən Ağsu rayonunda davam edir. İnkişaf, abadlıq, quruculuq, yaradıcılıq, sabitlik, asayiş və vətəndaş birliyi - bu amillər Azərbaycanı başqa ölkələrdən çox fərqləndirir. Bütün bu nəticələr bizi daha da ruhlandırır, Azərbaycan xalqını daha da ruhlandırır. Biz özümüzə də, dünyaya da sübut edə bilmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik. Hətta dünyada yaşanan ən ağır böhran zamanında biz müstəqil siyasətimizi apara bilərik, öz gücümüzə arxalana bilərik. Müstəqil iqtisadi siyasət, müstəqil xarici siyasət və müstəqil Azərbaycan. Bundan sonra Azərbaycanın inkişafı sürətlə gedəcək və ölkə qarşısında duran bütün vəzifələr icra olunacaqdır.

Ağsu rayonunun problemlərinə gəldikdə, biz əlavə tədbirlərin görülməsi üçün addımlar atacağıq və mövcud problemlər, xüsusilə içməli su problemi, əminəm ki, tezliklə öz həllini tapacaqdır.

Bir daha sizi ürəkdən salamlayıram və sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

X   X   X

Ağsu şəhər 4 saylı orta məktəbin direktoru Şəfəq BALIYEVA rayon ictimaiyyəti adından dövlətimizin başçısına təşəkkür edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hamımızın sevimlisi əziz Mehriban xanım!

İcazə verin, mən də bütün ağsuluların adından Sizi salamlayım, Sizə “xoş gəlmisiniz” deyim! Bu gəlişdən qəlbimizdə doğan sevinc, fərəh və şərəf hisslərini Sizə çatdırım.

Möhtərəm cənab Prezident! Siz sadaladınız, mən həmin nailiyyətləri bir daha sadalayıb Sizi yormaq istəmirəm. Əmin olun ki, bütün bu gözəlliklərə, bütün bu görülmüş və görüləcək işlərə görə Ağsu camaatı Sizə ürəkdən minnətdardır. Biz bütün bunların hamısını Sizin rayonumuza xüsusi qayğı və diqqətinizin təzahürü kimi qəbul edirik. Biz çox gözəl başa düşürük ki, əldə olunan bu nailiyyətlər asanlıqla başa gəlməyib. Bu nailiyyətlər müəllifi ulu öndər Heydər Əliyev olan milli dövlətçilik və inkişaf strategiyasının bəhrələridir. Ulu öndərimiz özünün şah əsəri olan müstəqil Azərbaycanı yaratdı. Onun daxili və xarici siyasət strategiyasını, əldə edilmiş milli müstəqilliyimizin qorunması strategiyasını müəyyən etdi. Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu strategiya, bu kurs məhz sizin tərəfinizdən çox böyük məharətlə və bacarıqla həyata keçirilir.

Cənab Prezident, biz Ağsu ziyalıları Sizin bütün çıxışlarınızı, müsahibələrinizi diqqətlə izləyirik. Hər bir sözünüzü öz aramızda müzakirə edirik. Biz Sizin atdığınız cəsarətli addımları, qəti və inamlı mövqeyinizi həmişə bəyənmişik. Sizinlə qürur duyuruq, cənab Prezident. Bu, bizim səmimi etirafımızdır. Sizin son çıxışlarınız xüsusilə bizdə, Ağsu ictimaiyyətində geniş əks-səda doğurmuşdur. Siz bir daha dünyaya bəyan etdiniz ki, Azərbaycan həqiqətən müstəqil, məğrur və mərd bir ölkədir. Biz bir daha əmin olduq ki, Azərbaycanın mənafeyini hər şeydən uca tutan, xalqımızın maraqları naminə hər bir siyasi savaşa hazır olan Ali Rəhbərimiz, sevimli Prezidentimiz vardır. Dünyada elə ölkə tapılmaz ki, onun xalqı öz Prezidenti ilə fəxr etməyə bizim qədər haqqı olsun. Bizim hamımız Sizinlə fəxr edirik.

Mehriban xanım! Sizi də həmişə cənab Prezidentlə çiyin-çiyinə görürük. Sizin gördüyünüz xeyirxah işlər bəlkə də, bir insan ömrünə sığacaq qədərdən də çoxdur. Siz öz gözəlliyiniz, səmimiyyətiniz, mehribanlığınız və xoş məramınızla bütün dünyanı heyran qoymusunuz. Biz ağsulular da sizə dərin minnətdarlığımızı bildiririk.

Arzu edirik ki, Allah sizi qorusun. Allah hər ikinizə o qədər səbr, o qədər qüvvə bəxş etsin ki, başlanan bu gözəl işlər xalqımızla birlikdə uğurla başa çatdırılsın.

Tanrı Sizi qorusun! Çox şükür ki, bu gün Siz varsınız. Çox gözəl ki, bizimləsiniz. Sizdən çox razıyıq, çox sağ olun.

X   X   X

Prezident İlham ƏLİYEV təşəkkür edərək dedi: Çox sağ olun! Təşəkkür edirəm. Mən bir şeyi qeyd etmək istəyirəm ki, müstəqil siyasət aparmaq, Azərbaycanın maraqlarını istənilən formada, istənilən forumlarda müdafiə etmək üçün mənə ən çox güc verən Azərbaycan xalqının dəstəyidir. Əgər bu dəstək və inam olmasaydı, mən müstəqil siyasət apara bilməzdim. Mən Azərbaycan xalqının iradəsinə arxalanaraq bu siyasəti aparıram. Bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da heç nəyə baxmadan Azərbaycanın maraqlarını müdafiə etmək üçün istənilən mübarizəyə hazıram və istənilən mübarizədə Azərbaycan xalqını həmişə üzüağ edəcəyəm.

Sonra xatirə şəkli çəkdirildi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

18 yaşında yazılan şəhidlik dastanı...

® “AccessBank” 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO