AHİK-İN SƏDRİ TÜRKİYƏLİ HƏMKARLARINI QƏBUL ETMİŞDİR
AHİK-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Səttar Mehbalıyev ölkəmizin iqtisadi inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat vermiş, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. O demişdir ki, 1987-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın iqtisadiyyatının inkişafında müəyyən ləngimələr yaratsa da, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı yüksələn xətlə inkişaf mərhələsinə çatmışdır.
Murat Aytəmiz Türkiyənin Enerji, Su və Qaz İşçiləri Həmkarlar Birliyinin fəaliyyəti barədə məlumat vermiş və təmsil etdiyi təşkilatla AHİK arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]