AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edib




























Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), o cümlədən üzv təşkilatlar Novruz bayramı münasibətilə ölkəmizin şəhər və rayonlarında uşaqlar üçün tədbirlər təşkil edir, azyaşlıları hədiyyələrlə sevindirirlər.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, tədbirlər baharın gəlişini öz yurdlarında qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib.
Belə ki, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Xankəndi və Xocalıda təşkil olunan bayram tədbirlərində konfederasiya əməkdaşları məktəbliləri təbrik edərək, onlara bayram hədiyyələri paylayıb, uşaqların inkişafı, onların hüquqlarının qorunması, əsl vətənpərvər kimi formalaşması sahələrində görülən işlərdən, bu istiqamətlərdə həmkarlar ittifaqlarının fəaliyyətindən danışıblar.
Təşkil olunan şənliklərdə uşaqlar bayram əhvali-ruhiyyəsində şeirlər söyləyib, tonqal ətrafında yallı gedib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.