Aİ ilə KƏŞ ölkələri arasında strateji tərəfdaşlıq danışıqları başlayır
Qahirə, 19 iyul, AZƏRTAC
Avropa İttifaqı (Aİ) beynəlxalq tərəfdaşlıqlarını genişləndirmək məqsədilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ilə ikitərəfli strateji tərəfdaşlıq sazişləri imzalamaq üçün danışıqlara başlamağa razılıq verib.
AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, Brüsseldə keçirilən nazirlər toplantısında Aİ-nin nazirləri KƏŞ-ə üzv dövlətlərlə (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman və Qətər) ticarət danışıqlarına başlamağa qərar veriblər.
Danışıqların ən qısa zamanda başlaması gözlənilir və onlar təhlükəsizlik məsələlərindən tutmuş enerji sektorunda əməkdaşlığa qədər geniş sahələri əhatə edəcək.
Aİ-nin Aralıq dənizi məsələləri üzrə komissarı xanım Dubravka Şuytsa “Bloomberg”ə bildirib ki, qurum strateji tərəfdaşlıq sazişləri vasitəsilə Körfəz ölkələri ilə əməkdaşlığı yeni səviyyəyə yüksəltmək istəyir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]