Aİ Nigerə qarşı sanksiyalar hazırlayır
Bakı, 12 avqust, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Nigerdə demokratiyanı bərpa etmək səylərinə dəstək olaraq bu ölkəyə qarşı sanksiyalar hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
“Aİ ECOWAS dövlət başçılarının avqustun 10-da Nigerdəki vəziyyətlə bağlı ikinci fövqəladə sammitində qəbul etdiyi qərarları, xüsusən də mövcud böhranın diplomatik həllini axtarmaq istəyini alqışlayır. Avropa İttifaqı ECOWAS-ın göstərdiyi səyləri tam dəstəkləyir və Nigerin yeni rəhbərliyinə qarşı fərdi sanksiyaların tətbiq etməklə onların praktikada həyata keçirilməsinə töhfə verməyə hazırlaşır”, - deyə Aİ-nin ali nümayəndəsi qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]