Aİ-nin yeni sanksiyalar paketinə Türkiyə və Qazaxıstan şirkətləri də daxildir
Moskva, 23 fevral, AZƏRTAC
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
AZƏRTAC xəbər verir ki, Ukraynada silahlı münaqişənin başlanmasının ikinci ildönümü ilə əlaqədar qəbul olunmuş 13-cü sanksiyalar paketinə 106 fiziki və 88 hüquqi şəxsə, o cümlədən Türkiyə, Qazaxıstan, Çin, Hindistan və digər ölkələrin nümayəndələri daxildir.
Avropa İttifaqı Türkiyənin “Yildiz” çip texnoloji elektronik elektrik bilgisayar məmulatları şirkətini sanksiyalar blokadasını dəf etməkdə Rusiyaya yardımçı olmaqda təqsirləndirib və ona qarşı məhdudiyyətlər tətbiq edib. Antalyada qeydiyyatdan keçmiş şirkət elektron məhsullar və onların hissələrinin Çindən idxalı ilə məşğuldur. Qeyd edək ki, bundan əvvəl ABŞ Türkiyənin 4 şirkətinə və bir fiziki şəxsinə qarşı sanksiya tətbiq etmişdi.
Yeni sanksiyalar paketinə Qazaxıstanın “Elem Group” şirkəti də daxil edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]