AİB-Azərbaycan Tərəfdaşlıq Strategiyası müzakirə edilib
Bakı, 16 iyun, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova Asiya İnkişaf Bankının (AİB) mütəxəssisləri ilə Azərbaycan üzrə 2019-2023-cü illər üçün Tərəfdaşlıq Strategiyasının icrasına dair müzakirə aparıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, AİB-in Müstəqil qiymətləndirmə departamentinin mütəxəssisləri Hyun Son, Maykl Diza, Alessandro Pio və Rizza Serrano arasında onlayn formatda keçirilmiş görüşdə Tərəfdaşlıq Strategiyasının icrasının ölkənin inkişaf prosesinə təsirləri və eləcə də AİB-in növbəti 5 il müddəti üçün Azərbaycan üzrə hazırlanacaq Tərəfdaşlıq Strategiyasında nəzərə alınmalı prioritet sahələr müzakirə edilib.