AİLƏ ZORAKILIĞI İLƏ BAĞLI QANUN QƏBUL EDİLƏCƏKDİR
Hazırda dünyanın 40-dan çox ölkəsində ailə zorakılığını qadağan edən qanunlar qəbul olunub. Bir çox ölkələrin qanunvericiliyində isə dəyişikliklər, əlavələr edilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Respublikasında ailə zorakılığı ilə bağlı ayrıca qanun yoxdur, lakin hazırda onun qəbul olunmasının zəruriliyi barədə məsələlər beynəlxalq təşkilatların dəstəyi ilə qeyri-hökumət qadın təşkilatları tərəfindən müzakirə olunur.