REGİONLAR
AKADEMİK CƏLAL ƏLİYEVİN ELMİ TƏDQİQATLARI RESPUBLİKAMIZDA TAXILÇILIĞIN İNKİŞAFINA ZƏMİN YARADIR
Bölgə Təcrübə Stansiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müzakirələrdə yeni məhsuldar taxıl sortlarından, taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsindən söhbət açılmış, sosial-iqtisadi problemlərin həlli istiqamətində görüləcək işlər müəyyənləşdirilmişdir. Stansiyanın direktoru Faiq Məmmədov və digər natiqlər taxıl toxumçuluğu sahəsində qazanılmış uğurlarda görkəmli seleksiyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Milli Məclisin deputatı Cəlal Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, məhz akademik Cəlal Əliyevin şəxsi təşəbbüsü ilə taxıl toxumçuluğunu inkişaf etdirmək məqsədilə ilk addım kimi Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunu və onun Tərtər Bölgə Təcrübə Stansiyasını “Müsabiqəli qrantlar və elmi sistemin islahatı proqramı” üzrə Tərtər Bölgə Təcrübə Stansiyasının modernləşdirilməsi nəzərdə tutulmuşdur. Bu proqramın reallaşdırılması tədqiqat işləri üçün əlverişli şərait yaradılmasına və elmi nəticələrdən daha səmərəli istifadə etməyə zəmin yaradacaqdır.
Bölgə Təcrübə Stansiyasında görkəmli alimin rəhbərliyi ilə bərk və yumşaq buğda və arpanın seleksiya işləri aparılır, yüksək məhsuldar sortlar yetişdirilir. “Bərəkətli”, “Qiymətli-2\017”, “Nurlu”, “Əzəmətli” və digər taxıl sortları məhz tanınmış seleksiyaçı alimin səyi nəticəsində yaradılmışdır.
Akademikin şəxsi təşəbbüsü ilə SİMMUT, İCARDA kimi beynəlxalq elm mərkəzlərinin əməkdaşları, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstan alimləri stansiyanın işi ilə yaxından tanış olur, bu təcrübəni öyrənir, fikir mübadiləsi aparırlar. Göstərilən sortların superelit və elit toxumları istehsal edilərək, respublikamızın müxtəlif bölgələrində yayılır. Stansiya artıq 180 hektar sahədə səpin aparmışdır. Taxıl sahələri elmi işçilərin nəzarəti altında becərilir.
Akademik Cəlal Əliyevin rəhbərliyi ilə yaradılan məhsuldar toxum sortlarından fermer təsərrüfatlarında istifadə olunması sahibkarlara taxılçılıqda yüksək nailiyyətlər əldə etməyə geniş imkan yaradır.