Akademik İKT avadanlığının təkrar emalı bazarını yaratmağın əhəmiyyətindən danışıb
Bakı, 2 avqust, AZƏRTAC
Müasir dövrdə ölkəmizdə İKT avadanlığının təkrar emalı bazarının yaradılması informasiya cəmiyyətinin və sirkulyar iqtisadiyyatın inkişafı baxımından əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Elmi şuranın iclasında AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib.
İnstitutun baş direktoru bu sahənin hüquqi prosedurları, iqtisadi stimulyasiyasının həyata keçirilməsi, eləcə də biznes sektorunun yaradılması məsələlərinə böyük diqqət ayrılmasının zəruri məsələlərdən olduğunu qeyd edib. Akademik Rasim Əliquliyev rəqəmsal texnologiyalar kontekstində İKT avadanlığının təkrar emalı bazarının xüsusiyyətləri, ondan təkrar istifadə zərurəti və onların iqtisadi səmərəliliyi perspektivlərinə dair tədqiqatların aparılmasının əhəmiyyətinə toxunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]