“Akkord” Xocalı soyqırımının ildönümü ilə bağlı silsilə təbirləri davam etdirir
Bakı, 28 fevral (AZƏRTAC). “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı silsilə tədbirləri davam etdirir.
“Akkord”un mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, korporasiyanın kollektivi paytaxtın Xətai rayonundakı “Ana fəryadı” abidəsini ziyarət etdikdən sonra Xocalı sakinlərinin məskunlaşdığı Qızılqum yaşayış massivindəki məktəbə baş çəkmişdir.
2012-ci ildə “Akkord”un Xocalı uşaqları üçün inşa etdiyi bu məktəbin şagirdlərinə kompyuter dəsti və çap avadanlığı hədiyyə edilmişdir. Qarabağ və Xocalı soyqırımı ilə bağlı yazı müsabiqəsində qalib gələn müəlliflərin məqalələrindən ibarət xüsusi jurnal məktəbə təqdim olunmuşdur.