Aleksandar Vuçiç: Regionda sülh və sabitlik üçün səy göstəririk
Belqrad, 13 yanvar, AZƏRTAC
Serbiya regionda sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəmir.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
A.Vuçiç Belqradda ABŞ dövlət katibinin müavini Derek Çolletlə görüşünü şərh edərkən bildirib: “Amerika Birləşmiş Ştatlarının Serbiyanın regionda sülh və sabitliyi qorumaq üçün göstərdiyi səylərə qiymət verməsini istərdim. Həmçinin rəsmi Priştinanın da problemlərin həllində açıq və dürüst ruhla dialoqu davam etdirməsini arzu edirəm”.
Serbiya Prezidenti ölkəsinin böyük məsuliyyətlə hərəkət etdiyini, hər zaman sülhün və sabitliyin tərəfində olduğunu vurğulayıb.
Görüşdə Belqrad-Priştina Dialoqu, regionda iqtisadi əməkdaşlıq və Serbiyanın Avropa İttifaqına üzvlük prosesi müzakirə edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]