ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANMIŞDIR
“İmtahana buraxılış vərəqəsi” və “Abituriyentin vəsiqəsi”ni birinci ixtisas qrupu abituriyentləri iyulun 26-dan 28-dək, üçüncü ixtisas qrupu abituriyentləri iyulun 31-dən avqustun 2-dək, ikinci və beşinci ixtisas qrupu abituriyentləri avqustun 5-dən 7-dək, dördüncü ixtisas qrupu abituriyentləri avqustun 9-dan 11-dək sənədlərini bilavasitə təqdim etdikləri sənəd qəbulu komissiyalarından səhər saat 9-dan axşam 18-dək ala bilərlər. Hərbi ali məktəbə və liseylərə qəbul imtahanları isə iyulun 29-da keçiriləcəkdir.
Sənədi almaq üçün abituriyentlər özləri ilə şəxsiyyət vəsiqəsi və sənədin verildiyi haqda qəbzi götürməlidirlər. “İmtahana buraxılış vərəqəsi” və “Abituriyentin vəsiqəsi” korlandıqda və ya itirildikdə dublikatı (yenisi) verilmir.
İmtahanın keçirilmə vaxtını və yerini abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndən öyrənə bilərlər. “Cavab kartı”nın doldurulma, imtahanda davranış qaydaları və s. məlumatlarla isə “Abituriyentin yaddaş kitabçası”nda tanış olmaq mümkündür. “Abituriyentin yaddaş kitabçası” pulsuz verilir.
Qəbul imtahanları ilə bağlı məlumatları TQDK-nın internet saytından da (www.tqdk.gov.az) əldə etmək olar.