Alimlərdən yeni araşdırma: Yer kürəsi 5 dərəcəyədək isinə bilər
Bakı, 4 sentyabr, AZƏRTAC
Qlobal istiliyin əsrin sonuna qədər ortalama 2°-dən də çox artması gözlənilir.
AZƏRTAC “Nature Climate Change” jurnalına istinadla xəbər verir ki, ABŞ-ın iki qurumu bir-birindən xəbərsiz araşdırma həyata keçiriblər.
Vaşinqton Universitetinin alimləri 2100-cü ilədək Yer kürəsinin 2-4,9° dərəcə arasında isinəcəyi ehtimalının 95 faiz olduğunu bildiriblər. Elm adamları hərarətin 1,5° və ondan az artma ehtimalını isə 1 faiz olaraq dəyərləndiriblər. Tədqiqatçılar əsrin sonuna qədər planetimizin ən azı ortalama 3,2° isinəcəyini deyiblər.
Maks Plank Meteorologiya İnstitutunun alimləri isə bildiriblər ki, insanların yanacaqdan istifadəni dayandıracağı halda belə, Yer kürəsi 2100-cü ilə qədər təxminən 2° isinəcək. Elm adamları istixana effekti qazlarının 15 il daha istifadə olunacağı təqdirdə orta hərarətin 3°-dək yüksəlməsi ehtimalını da irəli sürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]