ALMANİYA FEDERATİV RESPUBLİKASININ FEDERAL KANSLERİ ZATİ-ALİLƏRİ XANIM ANGELA MERKELƏ
Hörmətli xanım Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərin hərtərəfli inkişafı, dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, səadət, dost Almaniya xalqının mənafeyi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 oktyabr 2009-cu il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [10:57]
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO
- 13.10.2026 [10:41]
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO
- 12.10.2026 [16:46]