Almaniya NATO-nun yeni hədəflərinə uyğun olaraq qoşun sayını artırır
Bakı, 6 iyun, AZƏRTAC
NATO-nun silah və şəxsi heyətlə bağlı yeni hədəflərinə çatmaq üçün Almaniyanın 60 minə qədər əlavə hərbi qulluqçuya ehtiyacı olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə müdafiə naziri Boris Pistorius bildirib.
“Biz hava hücumundan müdafiə sistemlərimizə sərmayə qoymalıyıq, uzaqmənzilli raketlərimizə sərmayə qoymalıyıq, manevr edə bilən quru qüvvələrimizə, idarəetmə və nəzarət sistemlərimizə sərmayə qoymalıyıq - bütün bunlar baş verməlidir”, - deyə o, jurnalistlərə bildirərək, bunun çox böyük investisiyalar tələb edəcəyini əlavə edib.
Pistoriusun sözlərinə görə, ümumilikdə Almaniya silahlı qüvvələrinə (Bundesver) bütün qoşun növləri üzrə təxminən 60 min əlavə əsgər tələb ediləcək. Bu o deməkdir ki, Almaniya silahlı qüvvələrinin gələcək sayı 250-260 min nəfər təşkil edəcək.
NATO Almaniyadan daha 7 ordu briqadası və ya təxminən 40 min əsgər təqdim etməsini xahiş edəcək. Lakin, on minlərlə əlavə əsgərin toplanması Berlin üçün böyük problem yaradacaq və çox güman ki, 2011-ci ildə ləğv edilmiş hərbi xidmətə çağırışın yenidən tətbiq edilib-edilməməsi ilə bağlı yeni müzakirələrə səbəb olacaq.
Müdafiə Nazirliyinin məlumatına görə, Bundesver hələ 2018-ci il üçün nəzərdə tutulan 203 min hərbçi hədəfinə çatmayıb və hazırda təxminən 20 min nəfərlik şəxsi heyət çatışmır.
Pistorius bildirib ki, hökumət tətbiq etməyi planlaşdırdığı könüllü hərbi xidmətin Bundesverin sıralarını doldurmaq üçün kifayət edib-etməməsinə qərar verməli olacaq. Bununla belə, o, xəbərdarlıq edib ki, ordu kazarma və təlimatçı çatışmazlığı səbəbindən hazırda daha çox çağırışçı qəbul edə bilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]