Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniya və Azərbaycan arasında əməkdaşlıq bütün sahələrdə yüksək səviyyədə inkişaf edir ŞƏRH

Almaniya və Azərbaycan arasında əməkdaşlıq bütün sahələrdə yüksək səviyyədə inkişaf edir  ŞƏRH

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən olan ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi yönümündə atdığı addımların uğurlu nəticələri günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Bu baxımdan ölkəmizin Avropa dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verməsi diqqətdən kənarda qalmır. Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri bütün bu məqamlara işıq saldı. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi və iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən dövr ərzində qarşılıqlı səfərlərin dinamikliyi, eyni zamanda, əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması fonunda iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə yüksək səviyyədə inkişaf edir. Əməkdaşlıqda iqtisadi amil daim önə çəkilir. Prezident İlham Əliyev Almaniya Prezidenti ilə birgə mətbuata bəyanatında bu məqamı xüsusi vurğuladı ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olub. Ona görə gələcək illərdə ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı, xüsusilə bərpaolunan enerji sahəsində daha fəal addımlar atmalıyıq. Xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat vurğulayıb ki, hazırkı dövrün əsas çağırışlarından birinin məhz bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq, Almaniya ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkanların mövcudluğunu əminliklə qeyd edə bilərik: “Azərbaycanın ötən il ev sahibliyi etdiyi, bütün dünyanı Bakıya toplayan COP29 iqlim konfransı ölkəmizin, həmçinin iştirakçı dövlətlərin hansı imkanlara malik olduğunu bir daha açıqladı. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, bu istiqamət üzrə də Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçdi və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan oldu. Bu da təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu məsələdə də Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırıldı”.

Malik Həsənov prezidentlərin mətbuata bəyanatlarında, həmçinin jurnalistlərin suallarını cavablandırarkən səsləndirdikləri çağırışlara diqqəti yönəldərək bildirib ki, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olması Almaniya rəsmiləri tərəfindən də yüksək dəyərləndirilir: “Ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsi sözügedən səfər çərçivəsində əsas müzakirə mövzularından biri oldu. 30 illik işğal dövrünün reallıqlarına diqqəti yönəldən dövlətimizin başçısı “Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir” söyləyərək onu da əlavə etdi ki, tarixi Zəfərimiz sülh danışıqlarına yol açdı. Bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb. Almaniya Prezidenti son illərdə cərəyan edən hadisələrdən sonra Cənubi Qafqaz regionunun daha sabit bölgəyə çevriləcəyinə əminliyini, sülh müqaviləsinin imzalanması istiqamətində əldə olunan irəliləyişdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, iki dövlət arasında qeyri-sülh dövrünün geridə qalmasını və sabitlik gətirəcək yeni bir gələcəyin yaranmasını istəyirik. Həm Ermənistan, həm də Azərbaycan üçün Cənubi Qafqaz sülhün bərqərar olduğu regiona çevrilməlidir”.

Deputat bildirib ki, ötən dövrdə müxtəlif sahələrdə əməkdaşlığımız, xüsusilə də Prezident İlham Əliyevin son illərdə Almaniyaya səfərləri iki ölkə arasında münasibətləri sürətli inkişaf etdirir: “Almaniya Azərbaycanı postsovet məkanında önəmli tərəfdaş kimi qəbul edir. Ölkəmiz mühüm strateji mövqeyi, zəngin təbii resursları ilə daim dünyanın diqqətindədir. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan ölkələr, xalqlar arasında körpü roluna daim yeni əlavələr edir. Ölkəmizin hazırkı dövrdə mühüm çağırışları sırasında yeni körpülərin qurulması əsas yer tutur.

Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, quruma üzv olan dövlətlər ilə əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Azərbaycan Prezidenti Almaniyadan olan həmkarına onun ölkəmizə səfərini yüksək dəyərləndirərək bildirdi ki, bu səfərin çox müsbət nəticələri olacaq. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcək”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib