Almaniyada 575 nəfər “təhlükəli şəxs” kimi qeydə alınıb
Berlin, 24 aprel, AZƏRTAC
Almaniyanın Federal Kriminal Polis İdarəsinin (BKA) aprelin 1-nə olan məlumatına əsasən, ölkədə 575 nəfər “təhlükəli şəxs” kimi qeydə alınıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, BKA həmin şəxslərin xüsusi nəzarət altında saxlanıldığını açıqlayıb. Onların böyük əksəriyyəti – 458 nəfəri dini-ideoloji motivlərlə əlaqələndirilir.
BKA-dan bildirilib ki, təhlükəli şəxslərin qeydiyyatı və dəyərləndirilməsi Almaniyanın federal əyalətləri tərəfindən yaşayış yeri prinsipinə əsasən həyata keçirilir. Hər bir qərar ayrıca araşdırma və təhlilə əsaslanır. Buna baxmayaraq, mövcud say göstəricisi təhlükənin miqyasını dəqiq əks etdirmir.
Qeyd edək ki, 2023-cü ilin fevralında bu göstərici 613 nəfər olub. “Təhlükəli şəxs” anlayışı siyasi motivli ağır cinayətlər törətmək ehtimalı yüksək olan şəxsləri əhatə edir. Bu cinayətlərə qətl, adam öldürmə, dövlətə qarşı yönəlmiş cinayətlər, ictimai asayişin pozulması kimi hallar daxildir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]