“ALMANİYADA AZƏRBAYCAN EVİ” FƏALİYYƏTƏ BAŞLAYACAQDIR
Berlində yaşayan Azərbaycan vətəndaşı Tofiq Qarayev “Almaniyada Azərbaycan evi” Cəmiyyəti idarə heyətinin sədri, Anar Cəfərov müavin seçilmişlər.
Tofiq Qarayev təsis olunan qurumun sırf xeyriyyəçilik fəaliyyəti proqramını təqdim etmiş və açıqlamalar vermişdir. Onun sözlərinə görə, “Almaniyada Azərbaycan evi”nin yaradılmasından məqsəd Azərbaycanda doğulmuş, uzun müddət burada yaşamış, təhsil almış yəhudiləri, almanları və ölkəmizə, xalqımıza dostluq münasibəti bəsləyən digər millətləri öz ətrafında birləşdirərək təşkilatlandırmaq, Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılmasına, xalqımızın mədəni irsinin təbliğinə töhfə verməkdir.
Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov tədbirdə çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]