Almaniyada koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib
Bakı, 26 noyabr, AZƏRTAC
Hazırda Almaniyada koronavirusla bağlı yaranan vəziyyət pandemiyanın başlanğıcından bəri ən ciddi səviyyədədir. Bu səbəbdən sosial təmaslar daha da azaldılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri vəzifələrini icra edən Yens Şpan Berlində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkədə artıq 100 mindən çox insan koronavirusdan ölüb. Epidemiya dövrü ərzində ilk dəfə olaraq 100-dən çox pasiyent digər regionların reanimasiya şöbələrinə köçürülüb.
“Yoluxma dalğasının yalnız Bavariya və Saksoniya ilə məhdudlaşdığını hesab edənlər yanılır. Sosial təmaslar daha da azaldılmalıdır”, - deyə Yens Şpan bildirib.
Robert Kox İnstitutunun məlumatına əsasən, hazırda Almaniyada intensiv terapiya şöbələrində müalicə alan koronavirus xəstələrinin sayı 4 minə çatıb və bu rəqəmlər artmağa davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]