ALMANİYADA QEYRİ-LEQAL ƏMƏKLƏ MƏŞĞUL OLAN CİNAYƏTKAR MƏRKƏZİN FƏALİYYƏTİNƏ SON QOYULMUŞDUR
100-dən artıq ticarət obyektində yoxlama və axtarış aparan hüquq mühafizə orqanlarının 1800 əməkdaşı yerlərdə Avropa İttifaqının üzvü olmayan Şərqi Avropa ölkələrindən qeyri-leqal miqrasiya yolu ilə Almaniya ərazisinə gətirilmiş və “dondurma satışı əməliyyatlarında” qara işə cəlb olunmuş yüzlərlə mühacirin şəxsiyyətini müəyyən etmişdir. Məlum olmuşdur ki, xaricdən Almaniya ərazisinə asanlıqla keçirilən “işçi qüvvəsi” əməyinin hər saatına 1,5 - 2 avro məvacib almaqla həftənin 7 gününü ağır əməklə məşğul olur.
Qrupa başçılıq edən 4 nəfər qatı mütəşəkkil cinayətkar həbs olunmuşdur. Onlar mütəşəkkil cinayətkarlığın ən ağır növlərindən biri - insan alveri ilə məşğul olduqlarına görə qanun qarşısında cavab verəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]