Altı mindən çox tələbənin təhsil krediti müraciətinə imtina cavabı verilib
Bakı, 18 iyul, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı vaxtdan bu günə qədər olan kredit statistikasını açıqlayıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, bu günə qədər 26 min 150 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 6606 nəfərin müraciətinə imtina cavabı verilib.
Bu günə qədər 19 min 544 nəfərə təhsil tələbə krediti (TTK) verilib. Onların arasından 7130 nəfərin müraciəti sosial TTK, 12414 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
Qeyd edək ki, iyulun 20-si saat 12:00-dan etibarən 2023-2024-cü ilin payız semestri üzrə təhsil tələbə krediti müraciətlərinə başlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]