Alyaskada uçuşlar üçün qırmızı təhlükə kodu elan olunub
Bakı, 26 may, AZƏRTAC
ABŞ-ın Alyaska ştatının hakimiyyət orqanları Böyük Sitkin vulkanının püskürməsi ilə bağlı aviasiya üçün qırmızı təhlükə kodu elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat vulkanları müşahidə Mərkəzinin (Alaska Volcano Observatory) saytında yer alıb. Məlumata görə, vulkan bu gün UTC vaxtı ilə saat 05:04-də (Bakı vaxtı ilə 09:04) püskürməyə başlayıb. Püskürmə bir neçə dəqiqə davam edib. Vulkandan havaya 4,5 min metr hündürlüyündə kül dumanı qalxıb.
Qısamüddətli püskürmədən sonra vulkanın seysmik aktivliyi azalıb. Lakin Mərkəz yeni püskürməni istisna etmir. “Aviasiya kodu qırmızı olaraq qalır”, - deyə Mərkəzdən bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]