Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-da “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” fundamental kollektiv monoqrafiyanın təqdimatı olub

Bakı, 4 aprel, AZƏRTAC

Akademiyanın Rəyasət Heyətinin binasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” adlı fundamental kollektiv monoqrafiyanın təqdimat mərasimi keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində çıxış edən akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin zəngin həyatı və fəaliyyətinin daim elm xadimlərinin tədqiqat mövzusu olduğunu söyləyib. Qeyd edib ki, XX əsrin ikinci yarısından sonrakı Azərbaycanın və SSRİ-nin siyasi-tarixi proseslərini Heydər Əliyev faktorundan bəhs etmədən obyektiv və tam halda izah və əhatə etmək mümkün deyil.

Dahi liderin həyatı, mübarizəsi və ideallarının həm mənsub olduğu xalqın və ölkənin tarixində, həm də geniş mənada dünyanın siyasi-tarixi gedişatında mühüm yer tutduğunu deyən akademik İsa Həbibbəyli hələ sovet dövründən başlayaraq Ulu Öndərə həsr edilmiş əsərlərin, şeirlərin yazıldığını, görkəmli dövlət xadiminin “Literaturnaya qazeta”ya verdiyi “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsindən sonra isə elmi-ideoloji məqalələrin çap edilməyə başlandığını diqqətə çatdırıb. Bildirib ki, ötən illər ərzində nəinki Azərbaycanda, həmçinin Türkiyədə, MDB ölkələrində, eləcə də dünyanın bir çox ölkəsində Ümummilli Liderə həsr edilmiş kitablar, monoqrafiyalar işıq üzü görüb.

Dövlətimizin başçısı tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bu istiqamətdə daha çox əsərlərin ortaya qoyulduğunu deyən akademik İsa Həbibbəyli bu nəşrlərin xüsusilə fundamental tədqiqatları əhatə etdiyini vurğulayıb. Qeyd edib ki, ötən illər ərzində dahi liderin həyat və fəaliyyətinin müəyyən dövrlərini, müxtəlif sahələrin yaranması və inkişafına göstərdiyi tarixi xidmətlərini əks etdirən nəşrlər işıq üzü görsə də, bu əsərlər mahiyyətcə daha çox tanıtma kitabı və konfrans materiallarını əhatə edib. Lakin 2023-cü ildən etibarən AMEA-da dahi liderin çoxillik fəaliyyəti və ömür yolunu əks etdirən fundamental tədqiqatlar aparılmaqla, “Heydər Əliyev İli”ndə alimlərimiz tərəfindən 52 fundamental əsər ortaya qoyulub.

Həmçinin bu günə qədər Ulu Öndərə həsr edilmiş ümumiləşmiş kitabın olduqca azlıq təşkil etdiyini deyən akademik İsa Həbibbəyli bu istiqamətdə də qarşıya qoyulmuş hədəfləri əsas götürərək təqdimatı keçirilən əsərin meydana qoyulduğunu söyləyib. Bildirib ki, “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” fundamental kollektiv monoqrafiyası Ulu Öndərin tərcümeyi-halının, çoxcəhətli siyasi-dövlətçilik fəaliyyətinin və mübarizəsinin bütün mərhələlərini əks etdirir. Diqqətə çatdırıb ki, monoqrafiyanın müəllifləri uzun illər ərzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi ilə peşəkar səviyyədə məşğul olmuş Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarında çalışan 24 tanınmış Azərbaycan alimindən ibarətdir. Akademik İsa Həbibbəyli nəşrin həcmi, ədəbiyyatı və müəlliflər heyəti ilə bu günə qədər dahi liderə həsr edilmiş fundamental tədqiqatların ən təkmilləşdirilmiş variantı və bələdçisi olduğunu söyləyib.

Sonra nəşrin elmi redaktoru, AMEA-nın akademik-katibi akademik Arif Həşimov çıxış edərək monoqrafiyanın Akademiyanın 80 illiyi ərəfəsində işıq üzü görməsi və təqdimatının keçirilməsinin əlamətdar olduğunu söyləyib. Bildirib ki, monoqrafiyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı və keşməkeşli həyatı və mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti, müasir dövrdəki yeri və rolu elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim edilir.

Akademik Arif Həşimov AMEA-nın “Elm” nəşriyyatında çap olunan monoqrafiyanın “Azərbaycanın dünyamiqyaslı görkəmli dövlət xadimi”, “Azərbaycançılıq ideologiyasının banisi”, “Azərbaycanın elm və təhsilinin böyük hamisi və bələdçisi”, “Azərbaycanın ədəbiyyat və mədəniyyətində dərin iz qoyan şəxsiyyət” və “Xarici siyasətin Heydər Əliyev modeli” olmaqla, 5 fəsildən ibarət olduğunu diqqətə çatdırıb. Nəşrdə dahi liderin iqtisadi, siyasi, elmi, ədəbi, mədəni, Azərbaycan dilinin qorunması, Türk dünyası və digər sahələrdəki tarixi xidmətlərini əks etdirən fundamental məqalələrin yer aldığını vurğulayıb.

Akademik Arif Həşimov Ulu Öndərin çoxcəhətli fəaliyyətinin əsas istiqamətlərinə həsr edilmiş ilk fundamental monoqrafik tədqiqatın Akademiyada işıq üzü görməsinin alimlərimizin gərgin əməyinin nəticəsi olduğunu söyləyib.

Təqdimat mərasimində, həmçinin monoqrafiyanın müəlliflərindən akademik Rasim Əliquliyev, akademik Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professor İlham Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov çıxış edərək çoxvektorlu fəaliyyəti ilə Azərbaycanın tarixində dərin izlər qoymuş, xalqımızı, dövlətimizi bir çox bəlalardan xilas edərək gələcəyə hədəflənmiş inkişaf yoluna, dövlət quruculuğuna yönəltmiş dahi liderin həyat və fəaliyyətinin tədqiq olunmasının alimlərimizin ümdə vəzifəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində başlıca olaraq xalqını, dövlətini düşünüb, atdığı bütün doğru addımlarla Azərbaycanı inkişafa aparıb, nəinki ölkəmizdə, keçmiş SSRİ-də, bütün dünyada peşəkar siyasətçi, dövlət xadimi olaraq qəbul edilib, xarizmatik siyasi fəaliyyəti ilə daim diqqət mərkəzində olub.

Sonda çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, təqdim olunan fundamental monoqrafiya Heydər Əliyevi öyrənməyin mükəmməl örnəyi, elmi portretidir və dahi liderin həyatı və fəaliyyətini gələcək nəsillərə tanıtmaq alimlərimizin daim diqqətindədir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib