AMEA-nın beynəlxalq təşkilata üzvlüyü təsdiq edilib
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Beynəlxalq Elmi Şuraya üzvlüyü təsdiq edilib. Bu münasibətlə Beynəlxalq Elmi Şuranın prezidenti Peter Qlukman tərəfindən AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təsdiq məktubu göndərilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Məktubda elmi təşkilatlar arasında əlaqələrin həmişəkindən daha da möhkəmlənəcəyi vurğulanıb. Qeyd olunub ki, Beynəlxalq Elmi Şuranın üzvü olaraq AMEA qlobal çağırışların həllinin təmini məqsədilə səmərəli beynəlxalq əməkdaşlığın təşviqində 250-dən çox beynəlxalq elmi birlik və assosiasiyalar, həmçinin akademiyalar və tədqiqat şuraları daxil olmaqla, milli və regional elmi təşkilatlarla birlikdə dayanır. AMEA hazırda Beynəlxalq Elmi Şuranın tamhüquqlu nüfuzlu üzvüdür və onun Əsasnaməsinə uyğun olaraq, qarşıdan gələn bütün səsvermə prosedurlarında iştirak etmək hüququna malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:40]
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]