AMEA-NIN NAXÇIVAN BÖLMƏSİNDƏ ELMİ KONFRANS
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq, dahi şəxsiyyətin dövlətçilik fəaliyyətindən danışmış, ötən əsrin 70- 80–ci illərini Azərbaycanın intibah dövrü kimi dəyərləndirmiş, Heydər Əliyevin Naxçıvanda işlədiyi və ölkə Prezidenti olduğu dövrdəki xidmətlərindən söhbət açmışdır.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Məhərrəm Cəfərli “Heydər Əliyev ucalığı”, həmin institutun direktoru, filologiya elmləri doktoru Əbülfəz Quliyev “Heydər Əliyev və Azərbaycan dili məsələləri”, sənətşünaslıq namizədi Əqidə Ələkbərova “Azərbaycan musiqisinin inkişafında Heydər Əliyevin rolu”, əməkdar mədəniyyət işçisi Cəlil Vəzirov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzularında məruzələr etmişlər.