Anadolu Agentliyinin və AzərTAc-ın birgə fotosərgisi Türkiyədə böyük maraqla qarşılanıb
İstanbul, 12 dekabr, AZƏRTAC
Anadolu Agentliyinin və Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC-ın arxivlərində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən çoxlu fotoşəkil qorunub saxlanılır. Bu fotoşəkillər dekabrın 11-də Bakıda açılmış “Heydər Əliyev Anadolu Agentliyinin və AZƏRTAC-ın obyektivlərində” adlı fotosərgidə nümayiş olunur. Sərgi haqqında xəbərlər Türkiyənin kütləvi informasiya vasitələrində də özünə geniş yer almaqdadır.
Televiziya kanalları fotosərgidən reportajlar yayır. Qardaş ölkə KİV-ləri bildirir ki, bu fotosərgi ümummilli lider Heydər Əliyev şəxsiyyətinin ucalığını, dünya siyasətindəki yerini və rolunu, türk dünyası qarşısında əvəzsiz xidmətlərini, Azərbaycandakı tarixi xilaskarlıq missiyasını tərənnüm edir.
Türkiyə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan fotosərgini əks etdirən fotolar və videomateriallar sosial şəbəkədə də sürətlə paylaşılır. AZƏRTAC - Anadolu münasibətləri əsl qardaşlıq nümunəsi kimi xarakterizə olunur.
Materiallarla aşağıdakı linklərdə tanış olmaq mümkündür:
http://www.trthaber.com/haber/kultur-sanat/haydar-aliyev-fotograf-sergisi-aciliyor-155197.html və s.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul